Azərbaycanın neft ixracı azalıb

Azərbaycanın neft ixracı azalıb

2021-ci il yanvar-sentyabr aylarında Azərbaycan 20,3 milyon tona yaxın neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz azdır.

TurkicWorld bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Azərbaycan hesabat dövründə 9,3 milyard dollar məbləğində neft ixrac edib. Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 23 faiz çoxdur.

Həmin dövr ərzində Azərbaycan 1,082 milyon ton həcmində neft məhsulu da ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,23 faiz çoxdur.