Azərbaycandan Avropaya qaz ixracı bu il artıb

Azərbaycandan Avropaya qaz ixracı bu il artıb

Bakı. TurkicWorld:

Yanvar-avqust aylarında qaz ixracı 9% artıb.

TurkicWorld xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Avropaya 7.6 milyard kubmetr, Türkiyəyə 6.7 milyard kubmetr, Gürcüstana isə 1.5 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 3.8 milyard kubmetr qazla təchiz edib", nazir qeyd edib.

"Bu ilin 8 ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 20.3 milyon ton, ixracı isə 17 milyon ton olub. Bu dövrdə 5% artımla hasil edilmiş 32.2 milyard kubmetr qazın 15.8 milyard kubmetri ixrac edilib", - nazir vurğulayıb.

Xəbər yenilənəcək