Azərbaycan, DB və Avropa Komissiyası yeni əməkdaşlıq strategiyası üzərində işləyir

Azərbaycan, DB və Avropa Komissiyası yeni əməkdaşlıq strategiyası üzərində işləyir

Bakı. TurkicWorld:

Azərbaycanın Dünya Bankı və Avropa Komissiyası ilə gələcək əməkdaşlığı Azərbaycanın 2026-cı ilə qədər sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır.

Bu barədə TurkicWorld-a Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, bu beynəlxalq qurumlar müvafiq əməkdaşlıq strategiyasının hazırlanması üzərində işləyirlər.

"Hazırda Dünya Bankı yaxın 2-5 il üçün Azərbaycanla bağlı müvafiq strategiya hazırlayır. İqtisadi və investisiya əməkdaşlığı çərçivəsində layihələr Avropa Komissiyası ilə müzakirə olunur", - deyə o bildirib.

Əsgər Ələkbərov bildirib ki, DB və Avropa Komissiyası ilə iki ayrı razılaşma əldə olunacaq.