Aİ Bakı limanına dəstək göstərəcək - Avrokomissar

Aİ Bakı limanına dəstək göstərəcək - Avrokomissar

Avropa İttifaqı (Aİ) "Şərq tərəfdaşlığı" üçün iqtisadi və investisiya planları çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına dəstək göstərəcək.

Turkic.World-un məlumatına görə, bunu genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə Avropa komissarı Oliver Varheli öz "Twitter" səhifəsində yazıb.

O bildirib: ""Şərq tərəfdaşlığı"nın iqtisadi və investisiya planları çərçivəsində əsas təşəbbüslərdən biri olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı mal və xidmətlərin dayanıqlı və sürətli nəqli mərkəzinə çevrilməsi məqsədilə Trans-Xəzər iqtisadi inteqrasiya üçün Aİ tərəfindən dəstək alacaq".