Bakı. TurkicWorld:
Azərbaycan Mərkəzi Bankı 9 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan TurkicWorld-ə verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.8247 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0903 manat, 1 Rusiya rublu 0.0235 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.6391 manatdır.