Keçən il Türkiyənin Aliağa limanının qəbul etdiyi yüklərin həcmi 70 milyon tona yaxınlaşıb (ÖZƏL)

Keçən il Türkiyənin Aliağa limanının qəbul etdiyi yüklərin həcmi 70 milyon tona yaxınlaşıb (ÖZƏL)

Bakı./TurkicWorld/

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin İzmir şəhərində yerləşən Aliağa limanı 67 milyon 963 min 935 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Aliağa limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 3 milyon 203 min 18 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 64 milyon 760 min 917 ton yük daşınıb.

“2022-ci ilin yanvar-dekabr aylarında Türkiyənin Aliağa limanından 556 min 432 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyə limanları 32 milyon 34 min 790 ton yük qəbul edib.

2022-ci ilin dekabr ayında Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 536 min 487 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 498 min 303 ton olub.

Bununla yanaşı, 2022-ci ilin dekabr ayında Türkiyə limanlarından 7 milyon 260 min 593 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.

2022-ci ilin yanvar-dekabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 81 milyon 18 min 986 ton transit yük daşınıb.