Dünya Bankı fond birjasında Tacikistanın dövlət əmanət bankı “Amonatbonk” ilə əməkdaşlığı genişləndirir

Dünya Bankı fond birjasında Tacikistanın dövlət əmanət bankı “Amonatbonk” ilə əməkdaşlığı genişləndirir

Bakı. TurkicWorld:

Dünya Bankı (DB) ölkənin fond birjasının yenidən qurulmasında Tacikistanın dövlət əmanət bankı "Amonatbonk" ilə əməkdaşlıq etməyə hazırdır.

TurkicWorld-in "Amonatbonk"a istinadən məlumatına görə, bu barədə Dünya Bankının işçi qrupunun rəhbəri Xuan Karlos deyib.

Onun sözlərinə görə, bu məsələ fevralın 1-də Dünya Bankının işçi qrupu ilə "Amonatbonk"un idarəetmə heyəti arasında Tacikistanın Düşənbə şəhərində keçirilən görüş zamanı müzakirə olunub.