Türkiyəli sahibkarlar Türkmənistanın Əmtəə Birjasında böyük həcmdə pambıq iplik satın alıb

Türkiyəli sahibkarlar Türkmənistanın Əmtəə Birjasında böyük həcmdə pambıq iplik satın alıb

Bakı. TurkicWorld:

Türkiyəli sahibkarlar Türkmənistanın Dövlət Əmtəə-Xammal Birjasında böyük həcmdə Türkmənistan istehsalı olan pambıq iplik satın alıb.

TurkicWorld bu barədə Türkmənistan mediasına istinadən xəbər verir.

Türkiyəli iş adamları ticarət zamanı min ton müxtəlif növ pambıq iplik satın alıb. Tranzaksiyanın toplam məbləği 2,7 milyon dollar təşkil edib.