Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib

Bakı. TurkicWorld:

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 1-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Böyük Britaniyanın enerji təhlükəsizliyi və iqlim üzrə regional səfiri David Moran arasında görüş olub.

Energetika Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, görüşdə Cənub Qaz Dəhlizinin töhfələri, növbəti inkişaf fazası, eləcə də bərpa olunan enerji sahəsində Azərbaycanın həyata keçirdiyi layihələrlə bağlı müzakirələr aparılıb. Azərbaycan ilə Böyük Britaniya arasında enerji əməkdaşlığının inkişafında bp şirkəti ilə tərəfdaşlıq əlaqələrinin mühüm rolu qeyd olunub. Həmçinin Fortescue Future Industries (FFI) şirkəti ilə Energetika Nazirliyinin yaşıl enerji və hidrogen üzrə 12 QVt-dək güclərinin yaradılmasına dair əməkdaşlığı maraqla qarşılanıb. Yaşıl texnologiyalar, enerji səmərəliliyi və karbon emissiyalarının azaldılması üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüşdə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasından irəli gələn məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.