Yanvar-dekabr aylarında Çindən Türkiyə limanlarına 11 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Yanvar-dekabr aylarında Çindən Türkiyə limanlarına 11 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Ankara. TurkicWorld:

Keçən ilin yanvar-dekabr aylarında Çindən Türk limanlarına 11 milyon 550 min 368 ton yük daşınıb. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Çindən limanlara 47 min 408 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 11 milyon 282 min 864 ton yük çatdırıb.

Bu müddət ərzində Çin bayraqlı gəmilərlə Türkiyə limanlarına 220 min 96 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyə limanlarına Çindən 2 milyon 630 min 803 ton tranzit yük daşınıb.

Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyə limanları 32 milyon 34 min 790 ton yük qəbul edib.

2022-ci ilin dekabr ayında Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 536 min 487 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 498 min 303 ton olub.

Bununla yanaşı, 2022-ci ilin dekabr ayında Türkiyə limanlarından 7 milyon 260 min 593 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.

2022-ci ilin yanvar-dekabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 81 milyon 18 min 986 ton transit yük daşınıb.