Azərbaycan Türkiyəyə qaz tədarük edən ölkələrin ilk üçlüyünə daxil olub

Azərbaycan Türkiyəyə qaz tədarük edən ölkələrin ilk üçlüyünə daxil olub

Bakı. TurkicWorld

2022-ci ilin noyabr ayında Azərbaycan Türkiyəyə təbii qaz ixracını 2021-ci ilin analoji dövründəki 607,50 milyon kubmetrlə müqayisədə 23,45% artıraraq 749,97 milyon kubmetrə çatdırıb.

TurkicWorld bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə İdarəsinə (EDPK) istinadən xəbər verir.

Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyəyə təbii qaz nəqlinin həcminə görə ikinci yeri tutub.

Ötən ilin noyabr ayında İran Türkiyəyə təbii qaz nəqlini 2021-ci ildəki analoji dövrlə müqayisədə 7,68% artıraraq 857,13 milyon kubmetrə çatdırıb və ölkəyə ən çox təbii nəql edən ölkə olub.

Üçüncü yerdə 746,16 milyon kubmetrlə müqayisədə Rusiya dayanır. Ölkənin Türkiyəyə qaz tədarükü 2021-ci ilin noyabr ayı ilə müqayisədə 53,87% azalıb.

Türkiyə qeyd olunan dövrdə bütünlükdə qaz idxalını 2021-ci ilin noyabr ayı ilə müqayisədə 18,34% azaldaraq 5,049 milyard kubmetrdən 4,123 milyard kubmetrə salıb. Bunun 2,353 milyard kubmetri boru kəmərləri ilə nəqlin, 1,769 milyard kubmetr isə maye təbii qazın payına düşür.

Türkiyənin boru kəmərləri ilə qaz idxalı 2021-ci ilin noyabr ayı ilə müqayisədə 22,10%, maye təbii qaz idxalı isə 12,73% azalıb.

Qeyd edək ki, 2020-ci il 31 dekabr tarixində Azəraycan qazının Cənub Qaz Dəhlizi ilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə boru kəmərləri ilə Avropa bazarına öz təbii qazını çıxardı. Dünyada təbii qazın ən iri idxalçısı olan Azərbaycan Avropa bazarına birbaşa çıxışla öz tədarük imkanlarını diversifikasiyalaşdırıb.

Xatırladaq ki, 2022-ci il 18 iyul tarixində Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında 2027-ci ilədək Avropaya qaz nəqlinin ikiqat artırılması üzrə razılaşma əldə olunub və infrastrukturun ötürücülük qabiliyyətinin genişləndirilməsini tələb edir.