"Azərbaycan kənd təsərrüfatı sahəsində böyük potensiala malikdir" - Aİ

"Azərbaycan kənd təsərrüfatı sahəsində böyük potensiala malikdir" - Aİ

Bakı. TurkicWorld

Aİ xüsusən Azərbaycanın kənd təsərrüfatı sahəsində investisiya proqramı üzərində çalışır.

TurkicWorld-in məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin müdiri Viktor Bojkov Aqrar Məsləhət Xidmətləri üzrə Milli forum zamanı deyib.

Onun sözlərinə görə, Aİ Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə Azərbaycanda bu sahənin inkişafını dəstəkləyir.

"Azərbaycan kənd təsərrüfatı sahəsində böyük potensiala malikdir. Biz istər kənd təsərrüfatının, istərsə də istehsalatın inkişafını sürətləndirmək üçün öz ölkələrimizin təcrübəsini Azərbaycanla paylaşmağa hazırıq. Biz bu sektorun investisiya tələb etdiyini bilirik, buna görə də Aİ Azərbaycanın xüsusən kənd təsərrüfatı sahəsinin investisiyalaşdırılması üzrə proqram üzərində çalışmaqdadır. Proqramın reallaşdırılması həm qrant, həm də kredit ayırma şəklində ola bilər", - o əlavə edib.

Xəbər yenilənəcək