Keçən il Türkiyədə qeydə alınan Çin şirkətlərinin sayı artıb (ÖZƏL)

Keçən il Türkiyədə qeydə alınan Çin şirkətlərinin sayı artıb (ÖZƏL)

Ankara . TurkicWorld:

Keçən il Türkiyədə Çin kapitalı ilə 100 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 26 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Çin şirkətlərinin sayının artmağına baxmayaraq, onların ümumi kapıtalı azalıb.

“2022-ci ilin dekabr ayında Türkiyədə qeydiyyata alınan Çin şirkətlərinin məcmu kapitalı 135,3 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 418,95 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-dekabr aylarında Çin şirkətlərinin əksəriyyəti İstanbulda (88) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Çin şirkətlərinin ümumi kapitalı 36,1 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyədə Çin kapitalı ilə 48 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.