Keçən il Türkiyədə Özbəkistan kapitallı şirkətlərin sayı artıb (ÖZƏL)

Keçən il Türkiyədə Özbəkistan kapitallı şirkətlərin sayı artıb (ÖZƏL)

Ankara . TurkicWorld:

Keçən il Türkiyədə Özbəkistan kapitalı ilə 128 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 68 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Özbəkistan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“2022-ci ilin dekabr ayında Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 78,1 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 11,9 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-dekabr aylarında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (111) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 65,7 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyədə Özbəkistan kapitalı ilə 13 ixracat, 63 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.