Keçən il Çin vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı artıb

Keçən il Çin vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı artıb

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-dekabr aylarında Çin vətəndaşları Türkiyədə 1 min 179 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müq ayisədə 216 obyekt çoxdur.

Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, keçən ilin ilin dekabr ayında Çin vətəndaşları Türkiyədə 81 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin dekabr ayı ilə müqayisədə 67 obyekt azdır.

Qeyd edək ki, keçən il Türkiyədə əmlak satışları 2021-ci ilə nəzərən 0,4 faiz azalaraq 1 milyon 486 min 622 olub.

2022-ci ildə xarici vətəndaşlara satılan əmlakların sayı 2021-ci illə müqayisədə 15,1 faiz artaraq 67 min 490 olub.