Keçən il Rusiya vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı 16 mini ötüb

Keçən il Rusiya vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı 16 mini ötüb

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-dekabr aylarında Rusiya vətəndaşları Türkiyədə 16 min 312 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10 min 933 obyekt çoxdur.

Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, keçən ilin ilin dekabr ayında Rusiya vətəndaşları Türkiyədə 2 min 403 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin dekabr ayı ilə müqayisədə 1 min 548 obyekt çoxdur.

Qeyd edək ki, keçən il Türkiyədə əmlak satışları 2021-ci ilə nəzərən 0,4 faiz azalaraq 1 milyon 486 min 622 olub.

2022-ci ildə xarici vətəndaşlara satılan əmlakların sayı 2021-ci illə müqayisədə 15,1 faiz artaraq 67 min 490 olub.