MÜSİAD-ın Qırğızıstanda ilk filialı fəaliyyətə başlayıb

MÜSİAD-ın Qırğızıstanda ilk filialı fəaliyyətə başlayıb

Bakı. TurkicWorld:

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Qırğızıstan şöbəsinin açılış mərasimi Türkiyənin Bişkekdəki səfiri Əhməd Sadık Doğan, MÜSİAD-ın sədr müavini Davut Altunbaş, MÜSİAD İdarə Heyətinin üzvləri, Qırğızıstan iş dünyası nümayəndələri və MÜSİAD üzvlərinin iştirakı ilə keçirilib. TurkicWorld-ə MÜSİAD-dan verilən məlumata görə, MÜSİAD-ın Qırğızıstan şöbəsinin Açılış Proqramı və Biznes Səyahəti çərçivəsində Qırğızıstanın paytaxtı Bişkekdə MÜSİAD-ın sədr müavini Davut Altunbaşın rəhbərlik etdiyi MÜSİAD nümayəndə heyəti bölgəyə bir sıra səfərlər edib.

Daha sonra, Türkiyənin Bişkekdəki səfiri Əhməd Sadık Doğan, MÜSİAD-ın sədr müavini Davut Altunbaş, MÜSİAD Qırğızıstan prezidenti Rəcəb Güzel və MÜSİAD İdarə Heyətinin üzvləri Qırğızıstanın İqtisadiyyat nazirinin müavini Aynurə Dokdurbayevna ilə görüşərək MÜSİAD-ın işləri ilə bağlı məlumat veriblər.

Səfər çərçivəsində Qırğızıstan Ticarət və Sənaye Palatasının prezidenti Temir Sariyevlə də görüşən MÜSİAD üzvləri bununla yanaşı Beta Tea, Bitrade Impex və Yaşar Group şirkətlərinə baş çəkib, bölgədəki iş və kommersiya həyatı ilə bağlı məsləhətləşib, üzvlərin araşdırmalarını dinləyiblər.

Son olaraq, MÜSİAD Qırğızıstan Açılış Proqramı və Biznes Səyahəti çərçivəsində təşkil edilən Qala Yeməyi proqramında türk və qırğız iş adamları bir araya gəliblər. Proqram mədəni tədbirlər və ailə fotosu ilə başa çatıb.