Türkiyə keçən il Qırğızıstana dəri məhsulları ixracatını 25 faizdən çox artırıb

Türkiyə keçən il Qırğızıstana dəri məhsulları ixracatını 25 faizdən çox artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-dekabr aylarında Qırğızıstana dəri məhsulları ixracını 2021-ci ilin eyni dövrü ilə müqayisədə 25,5 faiz artıraraq 8,4 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Keçən ilin dekabr ayında Türkiyə Qırğızıstana dəri məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 38,2 faiz azaldaraq 713,6 min dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artaraq 182,4 milyon dollara bərabər olub.

Keçən ilin dekabr ayında Türkiyə 2,1 milyard dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da 2021-ci ilin dekabr ayı ilə müqyisədə 18,8 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2021-dekabr 2022) Türkiyə 2,1 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.