Türkiyə Qırğızıstana elektrik avadanlıqları ixracatını 10 faizdən çox azaldıb

Türkiyə Qırğızıstana elektrik avadanlıqları ixracatını 10 faizdən çox azaldıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-dekabr aylarında Qığızıstana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz azaldaraq 19,5 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Dekabr ayında Türkiyə Qırğızıstana elektrik avadanlıqları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 85,5 faiz artıraraq 4,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artaraq 15,2 milyard dollara bərabər olub.

Keçən ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2021-ci ilin ilin dekabr ayı ilə müqayisədə 13,6 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2021- dekabr 2022) Türkiyə 15,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.