Yanvar-dekabr aylarında Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı artıb

Yanvar-dekabr aylarında Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı artıb

Türkiyə 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 21,7 faiz artaraq 208,5 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Dekabr ayında Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 13,9 faiz azalaraq 19,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artaraq 15,2 milyard dollara bərabər olub.

Keçən ilin dekbar ayında Türkiyə 1,5 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 13,6 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2021- dekabr 2022) Türkiyə 15,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.