Türkiyədə Türkmənistan şirkətlərinin məcmu kapitalı keçən ilə nəzərən artıb (ÖZƏL)

Türkiyədə Türkmənistan şirkətlərinin məcmu kapitalı keçən ilə nəzərən artıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Türkmənistan kapitalı ilə 105 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 61 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki , hesabat dövründə, qeydiyyata alınan Türkmənistan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 34,7 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 14,96 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (99) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Türkmənistan şirkətlərinin ümumi kapitalı 33,2 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Türkmənistan kapitalı ilə 62 topdan və pərakəndə ticarət, 12 kargo şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.