Türkiyə və Çinin enerji şirkətləri Özbəkistanda yüksək gərginlikli elektrik ötürücü şəbəkələri quracaqlar

Türkiyə və Çinin enerji şirkətləri Özbəkistanda yüksək gərginlikli elektrik ötürücü şəbəkələri quracaqlar

Bakı, Dekabr 28. /TurkicWorld/

Özbəkistanın Energetika Nazirliyi Daşkənd və Sırdərya vilayətlərində yüksək gərginlikli elektrik verilişi şəbəkələrinin tikintisi üzrə beynəlxalq tenderlərin qalibləri ilə danışıqlar aparıb və müqavilələr imzalayıb.

TurkicWorld-un məlumatına görə, Özbəkistan Milli Elektrik Şəbəkələri şirkətinin təşkil etdiyi beynəlxalq tenderlərin nəticələrindən sonra Türkiyənin ŞA-RA ENERJİ İnşaat və "Ticaret ve Sanayi A.Ş." şirkətləri 213 kilometr 220 kV-luq elektrik verilişi xəttinin tikintisi üzrə tenderdə 31,89 milyon dollarlıq təkliflə, Çinin “Xian Electric Engineering Co., Ltd” şirkəti isə 72 kilometr 500 kV-luq elektrik verilişi xəttinin tikintisi üzrə tenderdə 14,68 milyon dollarlıq təkliflə qalib gəlib.

Qeyd edək ki, bu layihələr Dünya Bankı tərəfindən maliyyələşdirilir və 2022-2024-cü illərdə həyata keçirilməsi planlaşdırılır.