Türkiyədə Almaniya kapitallı şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Türkiyədə Almaniya kapitallı şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Almaniya kapitalı ilə 459 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 181 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki , hesabat dövründə, qeydiyyata alınan Almaniya şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Almaniya şirkətlərinin məcmu kapitalı 247,7 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 108,8 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-noyabr aylarında Almaniya şirkətlərinin əksəriyyəti İstanbulda (268) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Almaniya şirkətlərinin ümumi kapitalı 129,5 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Almaniya kapitalı ilə 44 ixracat, 160 topdan və pərakəndə ticarət, 33 inşaat şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.