Türkiyədə Türkmənistan şirkətlərinin məcmu kapitalı keçən ilə nəzərən artıb (ÖZƏL)

Türkiyədə Türkmənistan şirkətlərinin məcmu kapitalı keçən ilə nəzərən artıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyədə Türkmənistan kapitalı ilə 85 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Türkmənistan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapitalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 24,6 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 13,2 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (82) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Türkmənistan şirkətlərinin ümumi kapitalı 24,3 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyədə Türkmənistan kapitalı ilə 51 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.