Oktyabr ayında Türkiyənin dəri məhsulları ixracı artıb

Oktyabr ayında Türkiyənin dəri məhsulları ixracı artıb

Bakı. TurkicWorld:

2022-ci ilin oktyabr ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq 168,9 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin yanvar-oktyabr ayında Türkiyə 1,7 milyard dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin yanvar-oktyabr ayları ilə müqyisədə 19,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2021-oktyabr 2022) Türkiyə 2 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.