...

Türkiyə dünya bazarlarına sement ixracını 20 faizdən çox artırıb

İqtisadiyyat Digər xəbərlər 10 Noyabr 2022 12:39
TurkicWorld Daspina Hasanova
Türkiyə dünya bazarlarına sement ixracını 20 faizdən çox artırıb

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq 4,6 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə 415,3 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 9,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2021- oktyabr 2022) Türkiyə 5,4 milyard dollar məbləğində sement və şüşə ixrac edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti