Türkiyədə Ukrayna kapitallı şirkətlərin sayı 160-ı keçib (ÖZƏL)

Türkiyədə Ukrayna kapitallı şirkətlərin sayı 160-ı keçib (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Ukrayna kapitalı ilə 164 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 99 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Ukrayna şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Ukrayna şirkətlərinin məcmu kapitalı 36,9 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 18,2 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Ukrayna şirkətlərinin əksəriyyəti İstanbulda (108) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Ukrayna şirkətlərinin ümumi kapitalı 17 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Ukrayna kapitalı ilə 17 ixracat, 87 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.