Türkiyədə Özbəkistan kapitallı şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Türkiyədə Özbəkistan kapitallı şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Özbəkistan kapitalı ilə 84 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 43 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Özbəkistan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 62 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 7 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (75) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 54,5 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Özbəkistan kapitalı ilə 8 ixracat, 44 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.