Türkiyədə Qazaxıstan kapitallı şirkətlərin sayı artmaqda davam edir (ÖZƏL)

Türkiyədə Qazaxıstan kapitallı şirkətlərin sayı artmaqda davam edir (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Qazaxıstan kapitalı ilə 90 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 48 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayının artmasına baxmayaraq, onların ümumi kapıtalı azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 18,3 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 56,4 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (63) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 13,3 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Qazaxıstan kapitalı ilə 7 ixracat, 42 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.