Türkiyənin Bandırma limanı tərəfindən qəbul edilən yüklərin həcmi 3 milyonu ötüb (ÖZƏL)

Türkiyənin Bandırma limanı tərəfindən qəbul edilən yüklərin həcmi 3 milyonu ötüb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin Balıkesir şəhərində yerləşən Bandırma limanı 3 milyon 839 min 307 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Bandırma limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 293 min 330 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 3 milyon 545 min 977 ton yük daşınıb.

“2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin Bandırma limanından 17 min 952 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 269 milyon 575 min 687 ton yük qəbul edib.

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 336 min 880 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 275 milyon 238 min 807 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 60 milyon 674 min 882 ton transit yük daşınıb.