Türkiyədə Qırğızıstan şirkətlərinin kapitalı azalıb (ÖZƏL)

Türkiyədə Qırğızıstan şirkətlərinin kapitalı azalıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Qırğızıstan şirkətlərinin kapitalının həcmi keçən ilə nəzərən azalıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 2 milyon 203 min 50 türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 3 milyon 795 min türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

Məlumatda qeyd olunub ki, hesabat dövründə, Türkiyədə Qırğızıstan kapitalı ilə 12 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilə qeydiyyata alınan şirkətlərin sayına nəzərən dəyişilməz qalıb.

TOBB-dan o da bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (11) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Qırğızıstan şirkətlərinin ümumu kapitalı 2 milyon 153 min 50 türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Qırğızıstan kapitalı ilə 5 topdan və pərakəndə və 2 istehsal şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.