Türkiyədə Çin kapitallı şirkətlərin sayı 50-ni keçib (ÖZƏL)

Türkiyədə Çin kapitallı şirkətlərin sayı 50-ni keçib (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Çin kapitalı ilə 59 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 32 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Çin şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapitalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Çin şirkətlərinin məcmu kapitalı 95 milyon 271 min 750 türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 36 milyon 606 min 150 türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-avqust aylarında Çin şirkətlərinin əksəriyyəti İstanbulda (27) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Çin şirkətlərinin ümumu kapitalı 26 milyon 443 min 750 türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Çin kapitalı ilə 27 topdan və pərakəndə və 6 istehsal şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.