Türkiyədə Almaniya kapitallı şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Türkiyədə Almaniya kapitallı şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Almaniya kapitalı ilə 342 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 65 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Almaniya şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapitalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Almaniya şirkətlərinin məcmu kapitalı 212 milyon 203 min 800 türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 82 milyon 744 min 389 türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-avqust aylarında Almaniya şirkətlərinin əksəriyyəti İstanbulda (210) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Almaniya şirkətlərinin ümumu kapitalı 95 milyon 923 min 300 türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Almaniya kapitalı ilə 123 topdan və pərakəndə, 20 inşaat və 37 istehsal şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.