Türkiyədə Avstriya kapitallı şirkətlərin sayı keçən ilə nəzərən artıb (ÖZƏL)

Türkiyədə Avstriya kapitallı şirkətlərin sayı keçən ilə nəzərən artıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Avstriya kapitalı ilə 45 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Avstriya şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapitalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Avstriya şirkətlərinin məcmu kapitalı 14,9 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 4,7 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-avqust aylarında Avstriya şirkətlərinin əksəriyyəti İstanbulda (30) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Avstriya şirkətlərinin ümumu kapitalı 10,7 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Avstriya kapitalı ilə 14 topdan və pərakəndə, 4 inşaat və 6 istehsal şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.