Yanvar-avqust aylarında Türk limanlarına Səudi Ərəbistandan 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Yanvar-avqust aylarında Türk limanlarına Səudi Ərəbistandan 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-avqust aylarında Səudi Ərəbistandan Türk limanlarına 3 milyon 271 min 512 ton yük daşınıb. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Səudi Ərəbistandan limanlara 5 min 598 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 3 milyon 265 min 914 ton yük çatdırıb.

Bu müddət ərzində Səudi Ərəbistan bayraqlı gəmilərlə Türkiyə limanlarına yük çatdırılmayıb. 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarına Səudi Ərəbistandan 1 milyon 670 min 578 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ilin avqust ayında Türkiyə limanları 33 milyon 443 min 563 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 387 min 410 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 56 min 153 ton olub. Bununla yanaşı, 2022-ci ilin avqust ayında Türkiyə limanlarından 6 milyon 205 min 751 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 264 milyon 644 min 817 ton yük qəbul edib.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 18 milyon 953 min 750 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 245 milyon 691 min 67 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 54 milyon 39 min 258 ton transit yük daşınıb.