...

İl boyu Tekirdağ limanı 13 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

İqtisadiyyat Digər xəbərlər 22 Sentyabr 2022 13:29
TurkicWorld Daspina Hasanova
İl boyu Tekirdağ limanı 13 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin Tekirdağ limanı 13 milyon 570 min 611 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Tekirdağ limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 469 min 148 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 13 milyon 101 min 463 ton yük daşınıb.

“2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin Tekirdağ limanından 11 milyon 762 min 697 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 264 milyon 644 min 817 ton yük qəbul edib.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 18 milyon 953 min 750 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 245 milyon 691 min 67 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 54 milyon 39 min 258 ton transit yük daşınıb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti