...

Almaniya vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı azalıb

İqtisadiyyat Digər xəbərlər 19 Sentyabr 2022 15:44
TurkicWorld Daspina Hasanova
Almaniya vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı azalıb

Ankara. TurkicWorld:

2022-ci ilin avqust ayında Almaniya vətəndaşları Türkiyədə 256 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin avqust ayı ilə müqayisədə 6 obyekt azdır.

TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə,2022-ci ilin yanvar-avqust aylarında Almaniya vətəndaşları Türkiyədə 1 min 833 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 647 obyekt daha çoxdur.

2022-ci ilin avqust ayında Türkiyədə 123 min 491 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz azdır. Avqust ayında Türkiyədə əcnəbilərə 5 min 273 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz azdır.

Məqalədə:
Xəbərlər

Xəbər lenti