Türkiyə Avstriyaya avtomobil sənayesi avadanlıqları ixracını artırıb

Türkiyə Avstriyaya avtomobil sənayesi avadanlıqları ixracını artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında Avstriyaya avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz artaraq 161,3 milyard dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Avstriyaya avtomobil sənayesi məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 1,9 dəfə artıraraq 32,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq 19,6 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 2,3 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 6,2 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 30,1 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.