...

Türkiyə Qırğızıstana polad ixracını 30 faizə qədər artırıb

İqtisadiyyat Digər xəbərlər 19 Sentyabr 2022 12:23
TurkicWorld Daspina Hasanova
Türkiyə Qırğızıstana polad ixracını 30 faizə qədər artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında Qırğızıstana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 faiz artıraraq 15,6 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Qırğızıstana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 21,3 faiz azaldaraq 2,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artaraq 15,3 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 1,8 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 18,9 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 24,4 milyard dollar məbləğində polad ixrac edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti