Türkiyədən Azərbaycan bazarlarına elektrik avadanlıqları ixracı ötən ilə nəzərən artıb

Türkiyədən Azərbaycan bazarlarına elektrik avadanlıqları ixracı ötən ilə nəzərən artıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 39,9 faiz artıraraq 120,6 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 29 faiz artıraraq 17,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 8,4 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 1 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 14,7 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.