Türkiyədən Qırğızıstan bazarlarına polad ixracı artıb

Türkiyədən Qırğızıstan bazarlarına polad ixracı artıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-iyul aylarında Qırğızıstana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz artıraraq 12,7 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Qırğızıstana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 22,4 dəfə artıraraq 1,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 13,5 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 1,6 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 7,1 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 24,9 milyard dollar məbləğində polad ixrac edib.