Türkiyədən İran bazarlarına polad ixracının həcmi ötən ilə nəzərən artıb

Türkiyədən İran bazarlarına polad ixracının həcmi ötən ilə nəzərən artıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-iyul aylarında İrana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz artaraq 32,8 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə İrana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 22,4 faiz artaraq 4,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 13,5 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 1,6 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 7,1 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 24,9 milyard dollar məbləğində polad ixrac edib.