Türkiyə Qazaxıstana xalça ixracını azaldıb

Türkiyə Qazaxıstana xalça ixracını azaldıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-iyul aylarında Qazaxıstana xalça ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azaldaraq 28,2 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Qazaxıstana xalça ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 38,2 dəfə azaldaraq 2,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz azalaraq 1,5 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 156 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 26,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 2,9 milyard dollar məbləğində xalça ixrac edib.