Yanvar-iyul aylarında Türkiyənin xarici bazarlara tekstil ixracı 10 faizə qədər artıb

Yanvar-iyul aylarında Türkiyənin xarici bazarlara tekstil ixracı 10 faizə qədər artıb

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin tekstil və tekstil üçün xammadə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artıraraq 6,1 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 728,3 milyon dollar məbləğində tekstil və tekstil üçün xammadə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 0,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 10,7 milyard dollar məbləğində tekstil və tekstil üçün xammadə ixrac edib.