Türkiyə xarici bazarlara sement və şüşə ixracını 25 faizdən çox artırıb

Türkiyə xarici bazarlara sement və şüşə ixracını 25 faizdən çox artırıb

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz artaraq 3,2 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 418,4 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 17 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 5,3 milyard dollar məbləğində sement və şüşə ixrac edib.