İyun ayında Türkiyənin dəri məhsulları ixracı 10 faizə yaxın artıb

İyun ayında Türkiyənin dəri məhsulları ixracı 10 faizə yaxın artıb

Bakı. TurkicWorld:

2022-ci ilin iyul ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 156,3 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin yanvar-iyul ayında Türkiyə 1,13 milyard dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin yanvar-iyul ayları ilə müqyisədə 21 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 1,9 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.