Yanvar-iyul aylarında Türkiyənin müdafiə sanayesi məhsulları ixracı 45 faizdən çox artıb

Yanvar-iyul aylarında Türkiyənin müdafiə sanayesi məhsulları ixracı 45 faizdən çox artıb

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin müdafiə sanayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 46,5 faiz artaraq 2,3 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 325,9 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 41,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 3,94 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.