MÜSİAD Azərbaycan IFC arasında görüş keçirilib (FOTO)

MÜSİAD Azərbaycan IFC arasında görüş keçirilib (FOTO)

Bakı. TurkicWorld:

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan rəhbəri Rəşad Cabirli və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan üzrə daimi nümayəndəsi Aliyə Əzimova arasında görüş keçirilib.

Bu barədə TurkicWorld-ə MÜSİAD-dan daxil olan məlumatda deyilir.

Görüşdə IFC Sənayə, agro, xidmətlər investiyaları üzrə Texniki yardım programları üzrə rəhbər Oksana Varodi, həmin sahələr üzrə investiyalar üzrə rəhbər Sacha Bakes və İnvestiya üzrə expert Emil Məmmədli, eləcə də MÜSİAD Azərbaycan idarə heyəti üzvləri də iştirak edib.

Məlumatda qeyd olunub ki, görüşdə, eyni zamanda MÜSİAD Azərbaycan üzvlərinin fəaliyyəti, Azərbaycana sərmayə qoyuluşunu təşviq etmək üçün həyata keçirdikləri və planlaşdırdıqları məsələlər müzakirə olunub.

“Bununla yanaşı, görüş zamanı Türkiyənin 83 vilayətində, ümumilikdə isə dünyanın də, 82 ölkəsində 182 filialı ilə fəaliyyətlərini davam etdirən MÜSİAD üzvlərinin investisiya sahələri, Azərbaycanda investisiya planları, IFC - MÜSİAD Azərbaycan əməkdaşlıq məsələləri, Azərbaycan iqtisadiyyatına töhfə verə biləcək birgə layihələr müzakirə edilib” - deyə məlumatda bildirilir.