"Albayrak İnşaat" şirkətinin Azərbaycana investisiya imkanları müzakirə edilib

"Albayrak İnşaat" şirkətinin Azərbaycana investisiya imkanları müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin "Albayrak İnşaat" şirkətinin baş direktoru Yunus Yılmazla görüşüb.

Trend-in məlumatına görə, bu barədə O.Məmmədov "Twitter" səhifəsində bildirib.

"Qardaş Türkiyənin "Albayrak İnşaat" şirkətinin baş direktoru Yunus Yılmazla KOBİA-da görüşməkdən məmnun oldum.

Görüşümüzdə Azərbaycana investisiya qoyuluşu imkanlarına və bu sahədə KOBİA-nın dəstəyinə dair fikir mübadiləsi apardıq", - KOBİA sədri yazıb.