...

Rusiya ödəniş sisteminin Azərbaycanda işləməsi imkanları müzakirə olunur - Mərkəzi Bank

İqtisadiyyat Digər xəbərlər 29 İyul 2022 12:08
Trend Tasnem Ismukhan
Rusiya ödəniş sisteminin Azərbaycanda işləməsi imkanları müzakirə olunur - Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı Rusiyanın "Mir" ödəniş sisteminin Azərbaycanda işləməsi imkanlarını müzakirə edir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov mətbuat konfransında deyib.

"Bu məsələ siyasi və iqtisadi məqamlar nəzərə alınmaqla müvafiq dövlət strukturlarının iştirakı ilə, eləcə də Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində müzakirə olunur. Yekun qərar qəbul olunduqdan sonra elan ediləcək", - deyə o bildirib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti